Ədliyyə Nazirliyi və BQXK sazişin vaxtını uzatdılar (FOTO)

Ədliyyə Nazirliyi və BQXK sazişin vaxtını uzatdılar (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Bu gün Ədliyyə Nazirliyində Azərbaycan Hökuməti və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) arasında mövcud sazişin qüvvədə olma müddətinin uzadılması haqqında protokolun imzalanması mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə Ədliyyə Nazirliyinin və BQXK-nın məsul şəxsləri, həmçinin hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri iştirak ediblər.

Sənədi nazir Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duran imzalayıblar.

BQXK ilə əməkdaşlıqdan məmnunluğunu bildirən nazir ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı islahatlardan, qanunvericilik və institusional tədbirlərdən, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqindən danışıb, sazişin qüvvəsinin uzadılmasının qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə əlavə təkan verdiyini vurğulayıb.

Xanım D.Duran son illər penitensiar sistemdə aparılan köklü islahatları təqdir edib, məhkumların saxlanma şəraitinin, tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdığını və bu məsələlərin nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edilib, ölkəmizlə faydalı və məhsuldar əməkdaşlıq üçün yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib.

Həmçinin ictimaiyyət nümayəndələri çıxış edərək Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa və şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını vurğulayıb, imzalanan sənədin penitensiar sistemdə qarşılıqlı fəaliyyətə töhfə verəcəyinə əminliklərini söyləyiblər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sistem xeyli təkmilləşdirilib, cəza-icra siyasətinin humanistləşdirilməsinə və həbs edilmiş şəxslərin hüquqlarının etibarlı təminatına xidmət edən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, o cümlədən "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanun qəbul edilib. Məhkumların öz ailələri ilə ünsiyyət qurmaq hüquqları genişləndirilərək onların sosial reabilitasiyası məqsədilə əsasən regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Şəkidə yeni müasir tipli penitensiar komplekslər istifadəyə verilib, digər bölgələrdə də belə müəssisələrin inşası aparılır.

Eyni zamanda, penitensiar sahədə səmərəli ictimai iştirakçılıq tətbiq olunur. Belə ki, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı fəaliyyət həyata keçirilərək insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarının və tanınmış hüquq müdafiəçilərinin təmsil olunduğu penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə uğurla fəaliyyət göstərir.

Həmçinin, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və yüngül rejimli müəssisəyə keçirilmə institutunun tətbiqində tam obyektivliyi, ədalətliliyi təmin etmək üçün yeni üsullardan istifadə olunur. Bu məqsədlə tərkibi Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri və hüquq müdafiəçilərindən ibarət formalaşdırılmış xüsusi komissiyanın iki ilə yaxın şəffaf və obyektiv fəaliyyəti dövründə apardığı tərbiyəvi işin və həqiqi islah olunan məhkumların azad olunmağa tövsiyə etməsi nəticəsində 2300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 95%-i müsbət həll edilib. Təsadüfi deyil ki, həmin şəxslər arasında residiv cinayətlərin sayı kəskin azalıb.

Aparılan islahatlarda beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq qurulub, uzun illər məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində qarşılıqlı fəaliyyət həyata keçirilərək tibb xidməti, məhkumların dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunub. Həmçinin məhkumlar arasında vərəmə qarşı mübarizə üzrə birgə fəaliyyət çox müsbət nəticələr verib, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq olunub. Bütün bunlar penitensiar müəssisələrdə xəstəlikdən ölüm hallarının sayının 15 dəfə, vərəmdən ölümün isə 65 dəfə azalmasına səbəb olub.

BQXK bu sahədə Azərbaycanın artıq onun köməyinə ehtiyacının qalmadığını bəyan edərək vərəmə nəzarət işini tamamilə Ədliyyə Nazirliyinə təhvil verib və respublikamızın müsbət təcrübəsini örnək kimi digər dövlətlərə tətbiqi üçün tövsiyə edib. Bununla əlaqədar 11 dövlətin nümayəndələri ölkəmizin bu təcrübəsindən bəhrələnmək məqsədilə Bakıya səfərlər ediblər. Təsadüfi deyil ki, ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramı BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən Səhiyyə Mükafatına layiq bilinib.

Eyni zamanda, 2000-ci ildə Azərbaycan hökuməti və BQXK arasında saziş bağlanıb. Sazişə əsasən Komitə nümayəndələri mütəmadi olaraq azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkir, məhkumlarla təkbətək görüşlər keçirir. Komitənin məhkumların hüquqlarının daha etibarlı müdafiəsinə, o cümlədən islah prosesinə dair tövsiyələri bu sahədə aparılan islahatlara öz töhfəsini verir. Ötən dövr ərzində qeyd olunan sazişin qüvvəsinin başa çatması və səmərəli əməkdaşlığın davam etdirilməsində qarşılıqlı maraq nəzərə alınaraq, onun qüvvədə olma müddəti dəfələrlə uzadılıb.

İnsan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına daim xüsusi diqqət yetirilərək dövlətimizin siyasi iradəsi ilə səmərəli əməkdaşlığın davam etdirilməsi və sazişin qüvvədə olma müddətinin yenidən uzadılması qərara alınıb.

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Loading Bars
Xəbər lenti
Sabirabadda “Mercedes” yanıb
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqlandırılıb (FOTO)
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq
15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir
Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Koronavirusla bağlı nəqliyyat vasitələrində yol verilən nöqsanlar açıqlanıb
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (FOTO/VİDEO)
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edirik - Bağdad Amreyev
YAP 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verdi
Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb - Nazirlik rəsmisi
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir - Ekspert
Prezident İlham Əliyev: Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək
Azərbaycan Prezidenti: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
BNA sürücü və sərnişinlərə xəbərdarlıq etdi
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib
Prezident İlham Əliyev: Gələcək nəsillər yadda saxlasınlar ki, yalnız öz gücümüzə güvənməliyik.
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
Prezident İlham Əliyev: Xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar
MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların ictimai birliklərinin rəhbərləri ilə işçi görüş olub (FOTO)
“Azərsu” vətəndaşlara müraciət edib (FOTO)
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
MİDA və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş birgə sosial aksiyası keçirilib (FOTO)
Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq - Deputat
İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb (FOTO)
Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı
Beynəlxalq Multikulturalizm jurnalı Ali Attestasiya Şurasında qeydiyyata alınıb
Bakı Ali Neft Məktəbində “Qarabağın Təbii Sərvətləri” mövzusunda vebinar keçiriləcək
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC “Qarabağ Dirçəliş Fondu”na 400 min manat ianə köçürüb
Torpaq sahələrində aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Ötən il özəlləşdirmə və icarədən büdcəyə 72 milyon manat daxil olub
İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub, 87 nəfər ölüb
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub
Aİİ-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək (FOTO)
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi
Ombudsman 20 Yanvar abidə kompleksini ziyarət edib (FOTO)
Məktəblərin açılması xəbərlərinə Təhsil nazirliyindən cavab
Ötən il Mətbuat Şurasına göndərilən şikayətlərin sayı açıqlanıb
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO/VİDEO)
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib (ƏLAVƏ OLUNUB)
Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Azərbaycan əhalisi benzinə və dizelə 2 milyard manatdan artıq vəsait xərcləyib
COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
Artıq 14 nəfər peyvənd olunub, vəziyyətləri yaxşıdır - Baş həkim
Sabahın hava proqnozu açıqlanıb
Qaxa 35 santimetr qar yağıb (FOTO)
Füzuli rayonunun Şəkərcik kəndi (FOTO/VİDEO)
Şuşada 2 su mənbəyi bərpa olunub, təminatın yaxşılaşdırılması üçün su maşını ayrılıb - Azərsu (ÖZƏL)
Ermənistanda Koçaryanın məhkəməsi bərpa olunub - Etiraz aksiyası keçirilir
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
Qida məhsullarının müştərilərə çatdırılması xidməti necə həyata keçirilməlidir?
Azərbaycanda qızıl ucuzlaşıb
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib
Koronavirusdan sağalanlar da maskadan istifadə etməlidir - Səhiyyə Nazirliyi
İkinci mərhələdə koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?
Rusiyada son sutkada 586 nəfər koronavirusdan ölüb
Bank məlumatlarınızı bu saytlara daxil etməyin - Nazirlikdən xəbərdarlıq (FOTO)
Yapon şirkətləri azad edilmiş ərazilərdə elektroenergetika üzrə bərpa işlərində maraqlıdır - Səfir (FOTO)
2020-ci ildə Rusiya "SOCAR Polymer"in ən iri idxalatçısı olub
Zəfər muzeyinin konsepsiyasının hazırlanması üzrə bir sıra işlərə başlanılıb - Nazirlik
Gədəbəydə əmisini öldürən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanın bank sektorunda kifayət qədər pul var - Vüsal Qasımlı
Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır
Polietilen torbaların, birdəfəlik plastik qabların idxalına qadağa qoyuldu - DGK
2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır - BANM-in Prezident təqaüdçüsü
Bu günədək tərxis edilmiş şəxslərlə bağlı komissiya 570 müraciəti yerində həll edib (FOTO)
Əksər rayonlarda yağış, qar yağıb
Mövcud dəlillər Paşinyanın həbsi üçün kifayət edir - Ermənistanın baş prokuroru
Azərbaycan nefti bahalaşıb
Bir gündə cinayət törədən 39 nəfər saxlanılıb
Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı
Cəlilabadda avtomobildən 32 kiloqramdan artıq narkotik aşkarlanıb
Azərbaycan Qarabağda yaşıl enerji zonalarının yaradılması üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək - Nazir (FOTO)
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
MEDİA-nın həlli mümkün problemləri - TƏHLİL
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? - TƏBİB-dən açıqlama (ÖZƏL)
İsmayıllı sakinindən narkotik vasitə götürüldü
Ötən il sosial şəbəkələrdə narkotik satanlardan 131 kiloqrama yaxın heroin aşkarlanıb
Bütün xəbərlər