...

Bakının daha bir yolunda nəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılır

Cəmiyyət Materials 19 Mart 2015 12:25 (UTC +04:00)
Bakıda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün daha bir keçid yaradılır.
Bakının daha bir yolunda nəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılır

Azərbaycan, Bakı, 19 mart, /Trend/

Bakıda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün daha bir keçid yaradılır.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən yeni tədbirlərdən biri də Yusif Səfərov və Babək prospektindən gələn nəqliyyat vasitələrinin hərəkətinin kəsişməsini aradan qaldırmaq məqsədilə Yusif Səfərov küçəsində dönmə əməliyyatı etmək üçün keçid yaradılır.

Bu isə Babək prospektindən Koroğlu Rəhimov və Xətai prospektlərinə nəqliyyatın normal hərəkətinin təmin olunmasına imkan verəcək. Belə ki, Babək prospektindən tunel vasitəsilə Yusif Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələri dönmə əməliyyatı edərək yenidən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti ilə hərəkət edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti