Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlkin İzzət/
Paytaxtın Heydər Əliyev prospektində təmir və abadlıq işləri həyata keçirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.
Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayırıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır.
Tezliklə görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.