...

Bakı məktəblərinin vahid saytı yaradılır

Cəmiyyət Materials 6 Aprel 2015 15:52 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin vahid saytı yaradılır.
Bakı məktəblərinin vahid saytı yaradılır

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin vahid saytı yaradılır.

İdarədən Trend-ə verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir.

Saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.

Maraqlanan şəxslər www.bakimektebleri.edu.az portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti