Azərbaycan, Bakı, 10 aprel /Trend/
Bakı Ali Neft Məktəbinə (BANM) Müqqədəs "Qurani-Kərim" kitabı hədiyyə olunub.
BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məktəbdə "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçirilmiş konfransda görkəmli şərqşünas-alim, akademik Vasim Məmmədəliyev BANM-yə Azərbaycan dilinə tərcümə olunaraq nəfis tərtibatda nəşr olunmuş Müqqədəs "Qurani-Kərim" kitabını hədiyyə edib.
Kitab BANM-in rektoru Elmar Qasımova təqdim olunub.