...

Gəncədə "Paşa Bank"ın sponsorluq etdiyi "Breyn rinq" keçirilib

Cəmiyyət Materials 10 Aprel 2015 14:30 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri - "Paşa Bank"ın sponsorluğu ilə “Breyn rinq” intellektual oyunu keçirilib.
Gəncədə "Paşa Bank"ın sponsorluq etdiyi "Breyn rinq" keçirilib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycanın ən iri banklarından biri - "Paşa Bank"ın sponsorluğu ilə "Breyn rinq" intellektual oyunu keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, tədbir Gəncədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.

Yarışmada Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin tələbələri iştirak edib. İntellektual oyunun qalibləri diplomlar və qiymətli hədiyyələrlə təltif olunub.

"Bir maliyyə qurumu kimi müxtəlif növ bank xidmət və məhsullarını təmin etməklə yanaşı, ölkəmizin davamlı inkişafına, ictimaiyyətin rifahına dəstək vermək üçün də çalışırıq. Bank Korporativ Sosial Məsuliyyəti Proqramları çərçivəsində gənclərin iqtisadi təhsili və inkişafına böyük sərmayələr qoyur və biz intellektual yarışların dəstəklənməsini davam etdirmək niyyətindəyik" - yarışın açılış mərasimində çıxış edərək "Paşa Bank"ın Gəncə Biznes-mərkəzinin direktoru Sevil Abbasova qeyd edib.

Xatırladaq ki, iki il əvvəl "Paşa Bank"da həyata keçirilən Korporativ Sosial Məsuliyyət proqramı beynəlxalq səviyyədə tanıdıldı və Bank "Europe Banking Awards" çərçivəsində "EMEA Finance" beynəlxalq işgüzar nəşrinin versiyası üzrə "The Best Corporate Social Responsibility Programme in Europe" mükafatına layiq görülüb.

"Paşa Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300-dən çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"Paşa Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan Paşa Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da Paşa Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti