...

“AtaSığorta” mart ayında 270 998 manat sığorta ödənişi həyata keçirib

Cəmiyyət Materials 13 Aprel 2015 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

"AtaSığorta" ASC mart ayında 411 hadisə üzrə 270 998 manat sığorta ödənişi həyata keçirib. Şirkətdən Trend-ə verilən məlumata görə, bu məbləg əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib. Bununla da, "AtaSığorta" ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib.

Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran "AtaSığorta" ASC ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 18 filial, nümayəndəlik və ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti