Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlkin İzzət/
Bu il ölkədə baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 17 nəfər həlak olub, 43 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, 2015-ci ilin I rübü ərzində respublika ərazisində 1386 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin I rübü ilə müqayisədə 747 hadisə və ya 35% azdır.
Nazirliyin xilasediciləri tərəfindən 22 nəfər xilas edilib, 249 nəfər təxliyə olunub.