...

Ekologiya Nazirliyi iməcilik keçirib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2015 12:45 (UTC +04:00)
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel - Beynəlхalq Yer Günü ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.
Ekologiya Nazirliyi iməcilik keçirib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel - Beynəlхalq Yer Günü ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada sözügedən ərazinin 150 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.

Qeyd edək ki, Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Xatırladaq ki, 22 aprel - Beynəlxalq Yer Gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq "Ağac günü" kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən sonra isə ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü" adlandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti