...

Azərbaycanda ödəniş kartlarının dövriyyəsi artıb

Cəmiyyət Materials 21 Aprel 2015 22:30 (UTC +04:00)
Azərbaycanda ödəniş kartlarının sayı 2015-ci ilin fevral ayında 6,01 milyon ədəd olub.
Azərbaycanda ödəniş kartlarının dövriyyəsi artıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda ödəniş kartlarının sayı 2015-ci ilin fevral ayında 6,01 milyon ədəd olub.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Ümumi rəqəmdən 4,72 milyon ödəniş kartı debet xarakterlidir (2,45 milyon - sosial kartı, 1,44 milyon - maaş kartı, 834 min - digər xarakterli kartlar).

Kredit kartlarının sayı isə 1,32 milyon ədəd olub.

Hesabata görə, bankomat və POS-terminallar vasitəsilə ödəniş kartlarının dövriyyəsi 2015-ci ilin fevral ayında 1,08 milyard manat təşkil edib. Bu göstərici 2014-cü ilin analoji dövrü ilə müqayisədə 14,45 faiz çoxdur. Əməliyyatların ümumi sayı isə bu ilin fevralında 6,84 milyon olub ki, bu da ötən ilin fevralı ilə müqayisədə 10,18 faiz artıqdır.

Fevral ayında ölkədə debet kartlarla 867 milyon manat dəyərində 5,31 milyon əməliyyat gerçəkləşdirilib. Ölkə daxilində debet kartlardan bankomat vasitəsilə 760 milyon manat dəyərində 4,14 milyon əməliyyat, POS-terminallar vasitəsilə isə 72 milyon manat dəyərində 294 min əməliyyat həyata keçirilib.

2015-ci ildə Kredit kartları üzrə 211 milyon manat dəyərində 1,52 milyon əməliyyat reallaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti