...

"I Avropa Oyunları ilə bağlı məktəblərdə pul yığılması qanunsuzdur"

Cəmiyyət Materials 20 Aprel 2015 17:08 (UTC +04:00)
İlk Avropa Oyunları və ya digər tədbirlərlə əlaqədar məktəblərdə pul yığılması qəbuledilməzdir və korrupsiyadır.
"I Avropa Oyunları ilə bağlı məktəblərdə pul yığılması qanunsuzdur"

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Elçin Mehdiyev/

İlk Avropa Oyunları və ya digər tədbirlərlə əlaqədar məktəblərdə pul yığılması qəbuledilməzdir və korrupsiyadır.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov KİV-də Avropa Oyunları ilə əlaqədar Xaçmaz rayonundakı məktəbdə vəsaitin toplanılması haqqında yayılan məlumatla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə əsasən, Avropa Oyunları ilə bağlı vəsaitin toplanılması qanunsuzdur, cinayətdir və bunu bütün mümkün üsullarla dayandırmaq lazımdır, çünki bu, Oyunların nüfuzuna xələl yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti