...

Vətəndaşın mənzil kooperativləri tərəfindən aldadılmasının qarşısının alınması üçün qanunlar sərtləşdiriləcək

Cəmiyyət Materials 22 Aprel 2015 12:20 (UTC +04:00)
Baş İdarə rəsinin sözlərinə görə, təəssüf ki, vətəndaşların mənzil-tikinti kooperativləri (MTK) tərəfindən aldadılması halları var.
Vətəndaşın mənzil kooperativləri tərəfindən aldadılmasının qarşısının alınması üçün qanunlar sərtləşdiriləcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda vətəndaşların mənzil-tikinti kooperativləri tərəfindən aldadılmasının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.

Baş İdarə rəisinin sözlərinə görə, təəssüf ki, vətəndaşların mənzil-tikinti kooperativləri (MTK) tərəfindən aldadılması halları var: "Biz belə hallarla mübarizə aparırıq. Bu dövr ərzində MTK-ların fəaliyyəti ilə bağlı bir sıra işlər aparılıb. Gələcəkdə belə halların qarşısının alınması üçün qanunvericiliyə müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlanıb və müvafiq quruma təqdim edilib".

O qeyd edib ki, Baş İdarənin səlahiyyətlərinin artırılması üçün qanunvericiliyə ciddi dəyişiklik edilməsinə ehtiyac yoxdur. K.Əliyevin fikrincə, əsas məsələ vətəndaşlarla işlərin düzgün qurulmasıdır: "Vətəndaşlar özləri də bu məsələdə fəal olmalıdır. Məsələn, vətəndaş pulla diplom alanda bilmir ki, bu saxtadır? Vətəndaş özü bilərəkdən bəzi işlərə gedir, sonra gəlib deyir ki, zərərçəkmişəm. Hələ bilmək olmaz, o zərərçəkəndir, yoxsa cinayətdə tərəf?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti