...

Azərbaycan şagirdlər üçün yeni müsabiqə keçirilir

Cəmiyyət Materials 22 Aprel 2015 13:26 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi şagirdlər üçün gənc meşəçilərin IV Respublika müsabiqəsi keçirir.
Azərbaycan şagirdlər üçün yeni müsabiqə keçirilir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi şagirdlər üçün gənc meşəçilərin IV Respublika müsabiqəsi keçirir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasına stimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində xüsusi bacarıq və vərdişlərin öyrədilməsini inkişaf etdirmək məqsədilə təşkil edilir.

"Meşələri qoruyaq" mövzusunda keçirilən müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti