...

Azərbaycan Parodontologiya Cəmiyyəti tələbə və rezidentlər üçün seminar keçirib (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2015 19:31 (UTC +04:00)
Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə 18 aprel 2015-ci il tarixində saat 10:00-dan 18:00-dək Azərbaycan Tibb Universitinin stomatologiya ixtisası üzrə tələbələri və rezidentləri üçün Armada Dental Akademiyasının konfrans zalında "Qeyri-cərrahi parodontoloji müalicə" mövzusunda seminar keçirildi.
Azərbaycan Parodontologiya Cəmiyyəti tələbə və rezidentlər üçün seminar keçirib (FOTO)

Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə 18 aprel 2015-ci il tarixində saat 10:00-dan 18:00-dək Azərbaycan Tibb Universitinin stomatologiya ixtisası üzrə tələbələri və rezidentləri üçün Armada Dental Akademiyasının konfrans zalında "Qeyri-cərrahi parodontoloji müalicə" mövzusunda seminar keçirildi.

Ölkəmizdə təhsil alan 150 nəfərə yaxın yerli və xarici (Türkiyə, İran, Pakistan) tələbə çox böyük maraq göstərərək seminarda iştirak etdilər. Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Dr. Cavid Əhmədbəyli (tibb elmində parodontologiya üzrə fəlsəfə doktoru, Avropa Parodontologiya Federasiyasının təsdiqli parodontologiya və implantologiya mütəxəssisi) tərəfindən parodontologiya ixtisası haqqında, parodontologiyanın ölkəmizdə və dünyadakı mövcud vəziyyəti, Cəmiyyət haqqında və onun Avropa Parodontologiya Federasiyası ilə əlaqələri haqqında geniş məlumat verərək, bu sahədə milli kadrların yetişdirilməsi və elmi tədqiqatların aparılması məqsədilə parodontologiya kafedrasının yaradılmasının əhəmiyyətinə xüsusi diqqət çəkdi.

Ölkəmizdə parodontologiya sahəsinin inkişafı məqsədi ilə Cəmiyyətin illik tam kurs modullu proqramı haqqında məlumat verildi:

Modul I: Qeyri-Cərrahi parodontoloji müalicə

Modul II: Parodontoloji plastik cərrahiyə

Modul III: Parodontoloji rezektiv cərrahiyə

Modul IV: Parodontoloji reqenerativ cərrahiyə

Modul V: İmplantlar ətrafında qeyri-cərrahi və cərrahi parodontoloji müalicə

Daha sonra parodontologiya üzrə tam kurs proqramın 1-ci modul mərhələsi olan "Qeyri-cərrahi parodontoloji müalicə" movzusundakı seminarda diş əti xəstəliklərinin klassifikasiyası və etiologiyası, parodontoloji müayinənin aparılması, parodontoloji müalicənin əsas mərhələləri, parodontoloji alətlərin istifadə prinsipləri, xroniki və aqressiv parodontitin müalicə protokolu haqqında məruzə Dr. Cavid Əhmədbəyli tərəfindən edildi.

Tədbirin son 60 dəqiqəsində Cəmiyyətin prezidenti Dr. Cavid Əhmədbəyli və vitse-prezidenti Dr. Aslan Məmmədov tərəfindən iştirakcılarla interaktiv sual-cavab rubrikası aparıldı.

Seminarın sonunda bütün iştirakçılara Azərbaycan Parodontologiya Cəmiyyətinin rəsmi sertifikatı təltif olundu.

Mənbə: Azərbaycan Parodontologiya Cəmiyyəti, 20 aprel 2015

Azərbaycan Paradontologiya Cəmiyyəti

Ünvan: Azərbaycan, Bakı şəhəri, AZ 1000, Zərifə Əliyeva küçəsi, 31

Email: [email protected]

Tel: +994124930025

www.perio.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti