...

ŞƏRAB *İNCƏ* SƏNƏTİ. Yeni şərab kolleksiyalarının təqdimatı (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2015 15:58 (UTC +04:00)

Hotellər və Restoranlar Assosiasiyasının mətbuat xidmətinn yaydığı məlumata istinadən assosiasiya fəaliyyətini genişləndirərək, yerli istehsalçılara, xüsusən turizm və qonaqpərvərlik sənayesində istifadə edilən məhsulları istehsal edən şirkətlərə dəstək verir, bu məhsulların yerli və xarici bazarlarda daha da geniş tanıdılmasına yardımçı olur.

Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyət baxımından yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi eyni zamanda aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar, iri fermer təsərrüfatları və şərabçılıq müəsissələri təşkil edilir.

Kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin 12 Yanvar, 2015-ci il tarixli Sərancamı ilə 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi qərara alınmışdır.

Hotellər və Restoranlar Assosiasiyasının dəstəyilə ölkənin qabağcıl şərab istehsalçıları olan "CASPIAN COAST WINERY & VINEYARDS" və "KRISTALL PLUS" şirkətləri tərəfindən təqdim edilən qədim Azərbaycan şərabçılığının ənənələri, tarixi və xalqımızın bədii rəsm incəsənət nümunələrini özündə əks edən rəngarəng, təkrarolunmaz buketi ilə fərqlənən CARAVAN və PALİTRA yeni şərab kolleksiyalarının təqdimatı keçiriləcəkdir.

Tədbirin fəxri qonağı, cənab İqor Şarbatov, Rusiya Somelyelər Assosiasiyasının üzvü, Sankt-Peterburq Somelyelər Assosiasiyasının Prezidenti, Sankt-Peterburq Somelyelər məktəbinin yaradıcısı və rəhbəri, bir sıra Rusiya və beynəlxalq şərab müsabiqələrinin daimi üzvü, təcrübəli şərab eksperti, Grand Maitre du Vin, Commanderie de Bordeaux, Chevaliers du Tastevin Burgundy kimi yüksək adlara nail olmuş mütəxəssis, şərab servisinin sirrlərindən bəhs edəcək. Bununla yanaşı bir sıra şərabların dequstasiyası zamanı şərabın ləziz dadını, onun buketini tamamlayan qəlyanaltılar təqdim olunacaq.

Tədbir zamanı müxtəlif viktorinalar, müsabiqələr keçirilərək, qaliblər müəyyənləşəcək və onlar qiymətli hədiyyələr və fərqlənmə sertifikatları ilə təltif ediləcəkdir. Bütün qonaqlara istehsal olunan yeni növ şərab nümunələri hədiyyə olunacaq. Təqdimat furşetlə və musiqi ilə müşayət olunacaq.

Nəzərinizə catdırmaq istərdik ki, tədbir turizm və qonaqpərvərlik sənayesində çalışanlar, hotellər və içtimai iaşə sektorunun əməkdaşları, eyni zamanda pərakəndə satış sahələrinin nümayəndələri və şərab butiklərinin heyəti üçün xüsusi maraq kəsb edir.

Təqdimat mərasimi 15 May, 2015-ci il tarixində, saat 14.00-da, paytaxtın Excelsior Hotelində keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti