• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycanın da milli pavilyonla təmsil olunduğu "Milan Expo 2015" beynəlxalq sərgisi açılıb (FOTO)

1 May 2015 16:51 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 1 may /Trend/

Mayın 1-də Azərbaycanın da milli pavilyonla təmsil olunduğu "Milan Expo 2015" beynəlxalq sərgisi açılıb.

Trend-in məlumatına görə, planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" ("Feeding the Planet, Energy for Life") devizi ilə keçirilən sərgidə 140 ölkə təmsil olunur. Onlardan yalnız 54-ü tədbirdə milli pavilyonlarını təqdim edir.

Azərbaycan "Milan Expo 2015" sərgisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə təmsil olunur. Sərgidəki "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlanan dördmərtəbəli milli pavilyonumuzun təməli ötən ilin iyulunda qoyulub. Bu layihənin hazırlanması üçün 300 nəfərə yaxın yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrup yaradılıb. Ərazisi 1800 kvadratmetr olan pavilyonumuz ölkəmizin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyini tərənnüm edir. Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan "Milan Expo 2015" beynəlxalq sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkədir. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun öz dizaynına görə digərlərindən çox fərqləndiyini, seçilmiş mövzuya tam uyğun olduğunu bildiriblər. Qeyd edək ki, ölkəmizin bu uğurları Ermənistanın "Milan Expo 2015"də iştirakından imtina etməsinə ən böyük səbəbdir.

Milli pavilyonumuzun əsas özəlliyini üç biosfer təşkil edir. 10 diametri olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər öz forması ilə ziyarətçilərə planetimizi xatırladaraq onun necə kövrək olduğunu bir daha göstərir. Pavilyonun "Səslər simfoniyası" adlanan birinci mərtəbəsində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, ikinci mərtəbədə ("Rənglər simfoniyası") iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar, üçüncü mərtəbədə ("Dadlar simfoniyası") isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunur. Pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərir. Burada milli mətbəxin nümunələri ilə tanış olmaq mümkündür. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda öz əksini tapıb. Bundan əlavə, pavilyonda monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir.

Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakı ilə birbaşa əlaqə də yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Eynilə belə bir monitor Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdirilib. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. Eynilə paytaxt sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. "Mirroring Baku" adlı bu layihə sərginin minlərlə iştirakçısı ilə Bakı arasında əlaqə yaratmağa imkan verir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində, milli təbii sərvətlərin bərpasının təmin edilməsində və mühafizəsində, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsində görülmüş işlər də pavilyonunumuzun daxili tərtibatında əks olunub. Bu günədək qeyd olunan istiqamətlər üzrə qısametrajlı videoçarxların çəkilməsi üçün müxtəlif ssenarilər hazırlanıb. Ssenarilər əsasən qida, kənd təsərrüfatı, ekoloji resurslar, təbii landşaftlar, sosial inkişaf, ixrac və beynəlmiləlləşdirilmə, infrastruktur, mədəniyyət, incəsənət, ətraf mühitin qorunması və GMO tərkibli məhsulların yayılmasının qarşısının alınması istiqamətlərində aparılan işləri əhatə edir. Bu videomateriallar sərgi boyunca milli pavilyonumuzda təqdim olunacaq və ziyarətçilərin Azərbaycan ilə vizual tanışlığını təmin edəcək. "Milan Expo 2015" ə hazırlıq ərəfəsində Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, nadir landşaftların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprelindən 2015-ci ilin fevralınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər rayonlara dəfələrlə səfərlər edilib.

Xatırladaq ki, Beynəlxalq EXPO sərgiləri beş ildən bir keçirilir və bütün dünyadan gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və Futbol üzrə Dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur. Builki EXPO Sərgisi əvvəlkilərdən fərqlənir. Belə ki, "Milan Expo 2015"də Ümumdünya Sərgilər tarixində görünməyən sayda - 54 milli pavilyon nümayiş olunur. Tədbirin rəsmi açılışına 172 gün qalmış bir ərəfədə 6,5 milyon biletin satılması Expo sərgilər tarixində təsadüf edilməyən bir göstəricidir. Məhz bu tədbirdə iştirak etmək üçün 20 milyon turistin İtaliyaya səfəri gözlənilir ki, bu da rekord göstəricidir.

"Milan Expo 2015" oktyabrın 31-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Milan Expo 2015
  • sərgi
Azernews Newspaper
Digər xəbərlər
Azərbaycan Pekində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur
Turizm 16 Aprel 11:41
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisinin açılış mərasimində iştirak edib
Cəmiyyət 13 Aprel 02:31
Bakıda tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pistolettonun sərgisi açılıb (FOTO)
Siyasət 28 Mart 09:43
Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub (FOTO)
Cəmiyyət 17 Mart 14:14
Çexiyada AXC-in yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub (FOTO)
Cəmiyyət 1 Mart 00:16
Binəli Yıldırım: Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli labüddür
Nəzər nöqtəsi 27 Fevral 18:25
Xocalı soyqırımının ildönümünə həsr olunmuş "Qarabağın səsi" adlı rəsm sərgisi və ədəbi-bədii tədbir keçirilib (FOTO)
Siyasət 24 Fevral 16:38
Azərbaycan nar şərab, qurudulmuş xurma kimi məhsulların ixracına dair danışıqlara başlayıblar (FOTO)
Biznes və iqtisadiyyat xəbərləri 19 Fevral 18:30
Beynəlxalq bankçılıq sərgi-konfransının keçiriləcəyi məkan açıqlandı
İqtisadiyyat 16 Fevral 09:00
Azərbaycan məhsulları “Prodexpo 2018” Sərgisində mükafat alıb (FOTO)
İqtisadiyyat 9 Fevral 19:04
Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Dumasında Azərbaycan - Rusiya diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb (FOTO)
Siyasət 8 Fevral 11:48
Moskvada erməni təxribatının qarşısı alınıb
Dağlıq Qarabağ Münaqişəsi 7 Fevral 15:28
Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində nümayiş olunur
İqtisadiyyat 5 Fevral 17:54
Azərbaycan məhsulları “Fruit logistica” meyvə-tərəvəz sərgisində
İqtisadiyyat 5 Fevral 16:17
Azərbaycan məhsulları Moskvada beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq
İqtisadiyyat 2 Fevral 17:57
Bakıda “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi keçirilib (FOTO)
Mədəniyyət 29 Yanvar 20:31
Azərbaycan məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgisində (FOTO)
İqtisadiyyat 23 Yanvar 11:05
Heydər Əliyev Mərkəzində Aleksey Beqovun fərdi sərgisi açılıb (FOTO)
Cəmiyyət 17 Yanvar 23:21
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb

Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Ombudsman Aparatının rəhbəri: ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının ilkin hesabatı obyektiv reallığı əks etdirmir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter