...

Hicran Hüseynova: Azərbaycanda qadınların siyasi fəalllığı artır

Cəmiyyət Materials 8 May 2015 11:24 (UTC +04:00)
Azərbaycanda qadınların siyasi fəallığı artmaqdadır
Hicran Hüseynova: Azərbaycanda qadınların siyasi fəalllığı artır

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda qadınların siyasi fəallığı artmaqdadır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr edilmiş "Azərbaycan müasir dünyada" kitabında dərc edilən məqaləsində qeyd edib.

Siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən qadınların sayının artmasının çox mühüm nailiyyət sayan komitə sədri bildirib ki, Azərbaycan əhalisinin 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar.

H.Hüseynovanın sözlərinə görə, Azərbaycanda diplomat qadınların sayı artaraq 181-ə çatıb. Ölkədə 85 rayon İcra Hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78, qadın hakimlərin sayı 65-ə çatıb. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri, rəhbər vəzifələrdə çalışanların 84 nəfəri, notariusda çalışanların isə 40 nəfəri qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır.

H.Hüseynova bildirib ki, Milli Məclisdə də qadın deputatların sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların təmsilçiliyi 16 faizə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti