...

9 may Qələbə günü Azərbaycanda gəzməli hava olacaq

Cəmiyyət Materials 8 May 2015 12:37 (UTC +04:00)
Azərbaycanda mülayim hava şəraiti davam edəcək, ölkənin bəzi yerlərində havanın temperaturu 26 dərəcəyə yüksələcək.
9 may Qələbə günü Azərbaycanda gəzməli hava olacaq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda mülayim hava şəraiti davam edəcək, ölkənin bəzi yerlərində havanın temperaturu 26 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti