...

Rabitəçi gənclər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar fleşmob hazırladı (FOTO+VİDEO)

Cəmiyyət Materials 8 May 2015 15:45 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar "Aztelekom" İstehsalat Birliyinin Gənclər Təşkilatının kollektivi növbəti fleşmob hazırlayıblar.
Rabitəçi gənclər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar fleşmob hazırladı (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar "Aztelekom" İstehsalat Birliyinin Gənclər Təşkilatının kollektivi növbəti fleşmob hazırlayıblar.

Birlikdən Trend-ə verilən məlumata görə, artıq bir neçə dəfə belə uğurlu layihələrə imza atan gənclərin bu layihəsi də uğurlu alınıb.

Möhtəşəm bayrağımızın rənglərinə uyğun köynəklər geyinən gənclər ulu öndərə öz sevgilərini üç rəngli bayraq və "H.Ə. 92" yazısı qaydasında düzülməklə bildiriblər.

Sonra Fəxri xiyabanda ümummilli liderin xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti