...

Qələbənin 70 illiyində "Şahinlər" və "Cəsurlar" qalibiyyət uğrunda yarışacaq

Cəmiyyət Materials 8 May 2015 17:48 (UTC +04:00)
10 may 2015-ci il, saat 10:00-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçiriləcək.
Qələbənin 70 illiyində "Şahinlər" və "Cəsurlar" qalibiyyət uğrunda yarışacaq

Azərbaycan, Bakı, 8 may /Trend/

10 may 2015-ci il, saat 10:00-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Şahin" hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçiriləcək. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 1996-cı ildən keçirilən "Şahin" hərbi-idman oyununun və 1998-ci ildən keçirilən "Cəsurlar" hərbi-idman və turizm oyununun bazasında "Şahin" hərbi-idman oyununun yeni Əsasnaməsi təsdiq olunub. 2014-2015-ci tədris ilində "Şahin" hərbi oyunlarının Əsasnaməsində edilən dəyişiliklərə əsasən yarışda VIII və X sinif şagirdləri iştirak edirlər.

10 may tarixində keçiriləcək yarışdan öncə iştirakçı komandalar 09 may 2015-ci il tarixdə saat 13:00-dan 14:00-dək Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Məlumat üçün bildirək ki, "Şahin" hərbi-idman oyunu 4 tur üzrə keçirilir:

- məktəbdaxili-seçmə mərhələsi
- rayon (şəhər) birincilikləri
- zona birincilikləri
- respublika final yarışı

Yarışda komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayacaqlar. Bakı şəhəri üzrə keçirilən zona birinciliyində I, II və III yerləri tutmuş komandalar, digər 8 zonanın hər birindən isə I və II yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanırlar. Komandanın tərkibi 14 nəfərdən (10 oğlan, 4 qız) ibarətdir. Final yarışında 19 komandanın iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti