...

İran Azərbaycanı ana dilimizdə açacağı televiziya kanalı ilə əməkdaşlığa dəvət edir

Cəmiyyət Materials 13 May 2015 11:28 (UTC +04:00)
Bakıda səfərdə olan İran Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri Azərbaycan Respublikasını yaxın gələcəkdə İranda Azərbaycan dilində yayıma başlayacaq televiziya kanalı ilə əməkdaşlığa dəvət edib.
İran Azərbaycanı ana dilimizdə açacağı televiziya kanalı ilə əməkdaşlığa dəvət edir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Ümid Niayeş/

Bakıda səfərdə olan İran Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri Azərbaycan Respublikasını yaxın gələcəkdə İranda Azərbaycan dilində yayıma başlayacaq televiziya kanalı ilə əməkdaşlığa dəvət edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İran rəsmisi bu məsələni Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müaviniləri Ərəstun Mehdiyev və Vüqar Əliyev ilə görüşdə vurğulayıb.

Əxgəri deyib ki, İranda Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalının hazırlıq işləri tamamlanmaq üzrədir və kanal gələcək 3 həftə ərzində fəaliyyətə başlayacaq.

O, əlavə edib ki, televiziyada əsasən mədəniyyət, cəmiyyət və incəsənət sahələrində fəaliyyət göstərəcək və kanalda Azərbaycan dilində film, televiziya serialları, cizgi, sənədli filmlər və xəbər verilişləri yayımlanacaq.
İran Radio və Televiziya Təşkilatının sədr müavini Azərbaycan mediasını bu kanalın verilişlərinin daha da zənginləşdirilməsi üçün əməkdaşlığa dəvət edib.

Əxgəri yeni kanalda Azərbaycan və İran arasındakı mədəni və iqtisadi əməkdaşlıqların əks olunacağını da vurğulayıb.

Əxgəri həmçinin Azərbaycan və İran arasında müştərək işçi qrupunun tezliklə fəaliyyətə başlayacağına ümid etdiyini də bildirib.

Xatırladaq ki, İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı məsələsi bu ölkənin Radio-Televiziya Təşkilatının keçmiş sədri İzzətullah Zərqaminin oktyabr ayında Bakıya səfəri zamanı açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti