...

Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarında azalma var

Cəmiyyət Materials 18 May 2015 15:07 (UTC +04:00)
Son bir ayda Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarında 20,8 faiz azalma qeydə alınıb.
Azərbaycanda əmək qanunvericiliyinin pozulması hallarında azalma var

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən təsirli nəzarət tədbirləri əmək qanunvericiliyinin pozulması hallarının azalması ilə müşahidə olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin aprel ayında Xidmətin həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 1631 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz azdır. Aparılan təhlillər nəticəsində belə halların əsasən özəl sektora aid müəssisələrdə, tikinti, ticarət və ictimai iaşə, topdansatış sektorlarında baş verdiyi müəyyən olunub.

Əmək qanunvericiliyinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Həmin cərimələrin 65,9 faizi (261 066 manat) dövlət büdcəsinə ödənilib ki, bu da 2014-cü ilin aprel ayına dair müvafiq göstərici ilə müqayisədə 32,5 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti