...

“Xırdalan dairəsi”ndəki tunelin bir hissəsi qısa müddətlik bağlanır (FOTO)

Cəmiyyət Materials 22 May 2015 12:19 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.
“Xırdalan dairəsi”ndəki tunelin bir hissəsi qısa müddətlik bağlanır (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, bu məqsədlə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən avtomobil tunelində də yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır.

"Xırdalan dairə"sindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir işləri ilə əlaqədar şənbədən bazar gününə keçən gecə nəqliyyatın hərəkəti üçün qısa müddətlik bağlanacaq. Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri ancaq bazar günü həyata keçiriləcək və tunelin bu hissəsi bazar ertəsi günü səhərin erkən saatlarında nəqliyyat vasitələri üçün tam açılacaq.

Təmir işləri zamanı tunelin asfalt-beton örtüyünün yenilənməsi nəzərdə tutulub. İşlərin tez bir zamanda yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edəcək. Bu qısa zaman kəsiyində Sumqayıt şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələri "Xırdalan dairəsi"nin yan yolundan istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Tunelin digər hərəkət hissəsinin təmiri işləri isə növbəti istirahət günü həyata keçiriləcək.

Qeyd edək ki, bundan öncə "Xırdalan dairəsi"ndə təmir-tikinti işləri aparılıb və burda da işlər qısa zaman kəsiyində yekunlaşıdırılıb. Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kvadrat metrdən çox asfalt-beton örtüyü döşənib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti