...

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində “Port Baku Mall”da sürprizlər toplusu

Cəmiyyət Materials 28 May 2015 13:46 (UTC +04:00)
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində “Port Baku Mall”da bayram əhvalı
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində “Port Baku Mall”da sürprizlər toplusu

Azərbaycan, Bakı, 28 may /Trend/

"Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ərəfəsində "Port Baku Mall"da bayram əhvalı yaşanır.

"Port Baku Mall" Ticarət Mərkəzindən Trend-ə verilən məlumatda bildirilir ki, "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ərəfəsində "Port Baku Mall" TM-də rəssam Fərəh Əliyevanın tələbələrinin gəlinciklərindən ibarət müəllif sərgisi keçiriləcək. Mayın 31-i və iyunun 1-də saat 12:00 dən etibarən balaca qonaqları maraqlı əyləncəli proqram gözləyir: fokusçunun tamaşası, sabunlu köpük şou, veniamin-şou, robotlar və çoxlu sürprizlər.

Həmçinin iyunun 1-də foto müsabiqənin nəticələri elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, "Port Baku Mall" mütəmadi olaraq öz müştəriləri üçün tədbirlər, sərgilər və layihələr təşkil edir.

"Port Baku Mall" ticarət mərkəzi irimiqyaslı "Port Baku" kompleksinin bir hissəsidir. Kompleksə həmçinin "Port Baku Residence" yaşayış kompleksi və "Port Baku Towers" biznes mərkəzi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti