...

Avropa Parlamentinin qərargahında Qəbələyə həsr olunmuş fotosərgi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 29 May 2015 06:01 (UTC +04:00)
Mayın 28-də Avropa Parlamentinin Brüssel qərargahında Qəbələ rayonuna həsr olunmuş fotosərgi və şərab dequstasiyası təşkil olunub.
Avropa Parlamentinin qərargahında Qəbələyə həsr olunmuş fotosərgi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Mayın 28-də Avropa Parlamentinin Brüssel qərargahında Qəbələ rayonuna həsr olunmuş fotosərgi və şərab dequstasiyası təşkil olunub.

Avroparlamentarilər İvo Vayql və Boris Zalanın ev sahibliyi və AYAPE-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Avropa İttifaqı yanındakı səfirliyinin əməkdaşları, Azərbaycanın NATO yanındakı missiyasının rəhbəri Xəzər İbrahim və missiya əməkdaşları, ARDNŞ-ın Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov və nümayəndəlik əməkdaşları, Avropa Azərbaycan Təşkilatı (TEAS) Brüssel nümayəndəliyinin direktoru Mark Vervilgen və nümayəndəlik əməkdaşları, İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Arif Məmmədov və nümayəndəlik əməkdaşları, avroparlamentari Anna Zaborska, Avropa Xalq Partiyası ümumavropa siyasi qrupunun baş katibinin müavini Marian Apostol, Avropa Parlamentinin və Avropa Komissiyasının əməkdaşları, yerli və xarici media nümayəndələri olmaqla, 350 nəfərdən çox insan iştirak edib.

Tədbirin açılış nitqində İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov Azərbaycanın Respublika Günü haqda tədbir iştirakçılarına məlumat verib, Azərbaycanın İslam dünyasında ilk respublika olduğunu vurğulayıb.

Avroparlamentarilər İvo Vayql və Boris Zala öz çıxışlarında Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik ediblər və Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində gələcək irəliləyişin əhəmiyyətini vurğulayıblar. Həmçinin, avroparlamentarilər Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini və bir milyondan çox məcburi köçkün faktorunun Aİ-Azərbaycan münasibətlərində prioritet yer almasının vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin müşaviri Fərəh Gözəlova öz çıxışında AYAPE-nin təşəbbüsünü dəstəklədiklərinə görə ev sahibliyi edən avroparlamentarilərə öz təşəkkürünü bildirib.

"ASPİ AGRO" şirkətinin rəhbəri Arif Rəhimov Qəbələ rayonunun turizm sahəsindəki inkişafı haqda məlumat verib və "Savalan" şərab zavodunun məhsullarını təqdim edib. Daha sonra, "Savalan" şərablarının istehsal prosesinə həsr edilmiş video çarx nümayiş etdirilib.

Çıxışlardan sonra, Avropanın ən məşhur arfa ifaçılarından olan Moytsa Zlobko dünya klassikasından parçalar ifa edib.

Tədbir "Savalan" şərablarının dequstasiya ilə yekunlaşmışdır. Qəbələ və "Savalan" şərab zavodlarına həsr edilmiş foto-sərgi bir-neçə gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti