...

Qədim Gəncənin qala divarları aşkar edilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2015 13:10 (UTC +04:00)
Gəncənin qədim qala divarlarının qalıqları aşkar edilib.
Qədim Gəncənin qala divarları aşkar edilib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/

Gəncənin qədim qala divarlarının qalıqları aşkar edilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, qədim Gəncə şəhərinin xarabalığı 1482 hektar sahəni əhatə edən Gəncə Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşir. Bu xarabalıqda 1139-cu il zəlzələsindən əvvəl mövcud olan Gəncənin qala divarları və qala bürcünün qalıqlarını görmək olar. Bu ərazidə ilk qazıntı işləri İsaq Cəfərzadə tərəfindən aparılıb.

II Dünya müharibəsinin başlaması ilə aparılan işlər yarımçıq qalıb. İlkin qazıntılar nəticəsində arxada görünən qala divarlarının qalıqları aşkar edilib. Burada irimiqyaslı qazıntı işlərinin aparılmasına indi də ehtiyac var. Çünki üzə çıxarılan qala divarları torpaq altında yatan tarixin yalnız cüzi bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti