...

Azərbaycanda alimlər üçün tibbi sığorta tətbiq olunacaq

Cəmiyyət Materials 2 İyun 2015 17:05 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlər üçün tibbi sığorta sistemini tətbiq etməyi nəzərdə tutur.
Azərbaycanda alimlər üçün tibbi sığorta tətbiq olunacaq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlər üçün tibbi sığorta sistemini tətbiq etməyi nəzərdə tutur.

Akademiyadan Trend-ə verilən məlumata görə, bununla bağlı artıq müəyyən məsələlər araşdırılıb. Bu ilin ikinci yarısından bu istiqamətdə müəyyən hazırlıq işlərinin görülməsi planlaşdırılır.

Alimlər üçün tibbi sığorta sisteminin tətbiq ediləcəyi müddət isə hələ müəyyənləşdirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti