...

Bakının ictimai nəqliyyatı nağdsız gediş haqqına keçməyə tam hazırdır (FOTO)

Cəmiyyət Materials 5 İyun 2015 15:54 (UTC +04:00)
“BakuBus” MMC Bakının ictimai nəqliyyatında nağdsız ödənişə keçməyə tam hazırdır.
Bakının ictimai nəqliyyatı nağdsız gediş haqqına keçməyə tam hazırdır (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Maksim Tsurkov/

"BakuBus" MMC Bakının ictimai nəqliyyatında nağdsız ödənişə keçməyə tam hazırdır. Bunu Trend-ə MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, nəqliyyatda vahid ödəniş sisteminə keçmək üçün zəruri şərait yaradılıb.

V.Kərimli qeyd edib ki, prosessinq mərkəzi yaradılıb, avtobuslarda və Bakı metrosunun stansiyalarında kartların oxunması üçün avadanlıq quraşdırılıb: "Sadalanan yerlərdə "Bakı Kart" terminalları quraşdırılıb. Onların vasitəsilə hesabı doldurmaq mümkün olacaq. Avtobuslar xəttə buraxıldıqdan sonra, yəni iyulun əvvəlində vahid nəqliyyat kartlarına mərhələli keçid prosesi başlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti