...

Erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir

Cəmiyyət Materials 8 İyun 2015 12:14 (UTC +04:00)
Gəncə şəhərində erməni kəşfiyyatçının apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir.
Erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Gəncə şəhərində erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviçin məhkəmə prosesi başlayıb.

Mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçıya oxunan hökm üzrə verilən apellyasiya şikayətinə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə baxılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilən A.Baqdasaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti