Səlim Müslümov: Azərbaycanda uşaq ölümü halları kəskin şəkildə azalıb (FOTO)

Səlim Müslümov: Azərbaycanda uşaq ölümü halları kəskin şəkildə azalıb (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycanda körpə və uşaq ölümü halları kəskin şəkildə azalıb. Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun regional direktoru Zahidul Haqla görüşündə bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə regional direktoru Zahidul Haqla görüş olub. Görüşdə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Bruk da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın makroiqtisadi inkişaf göstəricilərini diqqətə çatdırıb, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində proseslərin müsbət yöndə inkişafına da şərait yaratdığını vurğulayıb: "Aparılan təhlillər sabit demoqrafik vəziyyətin hökm sürdüyü Azərbaycanda əhalinin 2005-2015-ci ilə qədər olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Hazırda əhalinin sayının 9,6 milyondan çox olduğu respublikada əhalinin illik artım tempi 1,3 faiz təşkil edir və proqnoza əsasən 2025-ci ildə ölkəmizdə doğulanların sayının 205 300 nəfərə, əhalinin sayının 10 milyon 970 min 300 nəfərə çatacağı gözlənilir".

Nazir həmçinin körpə və uşaq ölümü hallarının kəskin şəkildə azaldığını, doğulanda gözlənilən ömür uzunluğunun mütəmadi olaraq artdığını konkret göstəricilər əsasında nəzərə çatdırıb.

S.Müslümov BMT-nin Əhali Fondu ilə hələ 1994-cü ildən həyata keçirilən əməkdaşlıqdan bəhs edib, həmin il Qahirə konfransında qəbul olunmuş "Əhali və İnkişaf" üzrə Fəaliyyət Proqramının prinsiplərinin demoqrafiya və əhali sakinliyinin inkişafı ilə bağlı aparılan milli siyasətdə həmişə diqqətdə saxlandığını bildirib: "UNFPA ilə əməkdaşlıqda icra olunmuş proqramlar ölkədə müvafiq sahədə məsələlərin həllində, institisional bazanın təkmilləşdirilməsində, kadr potensialının yaradılması və inkişafında, maarifləndirmə işlərində və s. mühüm dəstək rolunu oynayıb.

Azərbaycanda 2015-2025-ci illəri əhatə edən növbəti "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" layihəsinin qiymətləndirilməsi işlərində də UNFPA-nın ekspert dəstəyini yüksək dəyərləndiririk. Bu layihədə qeyd olunan Fəaliyyət Proqramındakı vacib tezislər, eləcə də BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü siyasi prinsiplər, ölkənin milli strateji prioritetləri əhatə olunub". Nazir həmin Proqram qəbul olunduqdan sonra onun icrası sahəsində də əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olacağını qeyd edib.

Z.Haq Azərbaycanda əldə olunan sürətli tərəqqi proseslərinin, o cümlədən müsbət demoqrafik mənzərənin, əhali sakinliyi sahəsində pozitiv proseslərin onda xoş təəssürat oyatdığını, həmçinin respublikada bu sahədə aparılan siyasətdə BMT prinsiplərinin həmişə nəzərə alınmasından məmnunluğunu ifadə edib.

O, qarşıdakı dövrdə də UNFPA ilə Azərbaycan arasında birgə işlərin uğurla davam edəcəyinə əmin olduğunu bildirib. Görüşdə UNFPA tərəfindən hazırlanmış gender əsaslı cinsi seçimlə mübarizəyə dair layihənin həyata keçirilməsi, ölkədə demoqrafiya və əhali sakinliyi sahəsində elmi-tədqiqat işlərinin aparılması, bu sahədə elmi kadr potensialının inkişafı, Əhali Sakinliyi və Demoqrafiya üzrə Tədqiqat və Təlim Mərkəzinin fəaliyyət göstərməsinin təmin edilməsi, demoqrafik inkişafın qiymətləndirilməsi, əhali proqnozlarının hazırlanması və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadilələri aparılıb.

Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 55 413 nəfər sağalıb
"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib
NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
Dünyada ötən sutka koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb - ÜS
Birinci vitse-prezident Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
Balakəndə yol polisi reyd keçirib, qaydaları pozan sürücülər barəsində protokol tərtib olunub (FOTO)
Aleksandr Lukaşenko: Prezident İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır
Vaksini Azərbaycanla bölüşməyə hazırıq - Belarus Prezidenti
Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq - Belarus Prezidenti
Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik - Aleksandr Lukaşenko
Prezident İlham Əliyev: Ermənistanın başına gələnlərin təqsirkarı Ermənistan rəhbərliyidir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi nizamlanıb
Prezident İlham Əliyev: Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil
Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər
Prezident İlham Əliyev: Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır
Prezident İlham Əliyev: Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik
MDU-nun rektoru Ramazan ayının gəlişi münasibətilə professor-müəllim və inzibati-texniki heyətini təbrik edib
Minsk Qrupunun xəbis niyyəti - Revanşizm körüklənir?
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib (FOTO)
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib - Deputat
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Ağdamda bıçaqlanma hadisəsi olub
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Aprelin 15-nə USD/AZN rəsmi məzənnəsi
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb (FOTO)
Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır - Baş nazirin müavini
Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)
Cəlilabadda reyd: sürücülər cərimələndi (FOTO)
YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Neftçalada içməli su probleminin həlli üçün yeni layihənin icrasına başlanılır (FOTO)
Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Birinci rübdə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb
AQTİ-nin regional sınaq laboratoriyaları səriştəlik proqramında yüksək nəticə göstərib (FOTO)
Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur - Baş nazirin müavini
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı (FOTO)
Xızıda "Mitsubishi" yanıb
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub (FOTO/VİDEO)
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb
Ramanada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi (FOTO)
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan pozuntular müzakirə ediləcək
Türkiyə Liviyaya COVID-19-a qarşı vaksin göndərir (FOTO)
İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq
“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb
Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi
Ukrayna Baş nazirinin müavini Ağdama gedib (FOTO)
Azərbaycanda nikah və boşanmaların sayı məlum olub
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)
Azərbaycan-Belarus sənədləri imzalanıb (FOTO)
Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Bütün xəbərlər