...

Azərbaycanın Aran və cənub rayonlarının orta məktəb məzunlarının bilik səviyyəsi açıqlandı

Cəmiyyət Materials 18 İyun 2015 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İyunun 16-da buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 40,14 faizi, 11-ci sinif şagirdlərinin isə 32.43 faizi ana dili fənnindən "2" qiymət alıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, buraxılış imtahanında iştirak etmiş 9-cu sinif şagirdlərinin 8215 nəfəri (40.14 faizi) ana dili fənni üzrə, 8239 nəfəri (40.25 faizi) riyaziyyat fənni üzrə "2" qiymət alıb. Şagirdlərin 8409 nəfəri (41.08 faizi) ana dili, 7596 nəfəri isə (37.11 faizi) riyaziyyat fənnindən "3" qiymət alıblar.

9-cu sinif məzunlarının 2630 nəfəri (12.85 faizi) ana dilindən, 3160-ı (15.44 faizi) riyaziyyat fənnindən "4", 1214 nəfər (5.93 faizi) ana dilindən, 1473 nəfər (7.20 faizi) isə riyaziyyat fənnindən "5" qiymət alıb.

Qeyd edək ki, tədrisi ingilis, gürcü dillərində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi tərəfindən aparılır.

Buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 5595 nəfəri (32.43 faizi) ana dili fənni üzrə, 6044 nəfəri (35.03 faizi) riyaziyyat, 4964 nəfəri (29.20 faizi) xarici dil, 59 nəfəri (23.23 faizi) isə kimya fənni üzrə "2" qiymət alıb.

İmtahanda iştirak edənlərin 6352 nəfəri (36.81 faizi) ana dili fənni üzrə, 5608 nəfəri (32.50 faizi) riyaziyyat, 8606 nəfəri (50.62 faizi) xarici dil, 153 nəfəri (60.24 faizi) isə kimya fənni üzrə "3" qiymət alıb.

Məzunların 3375 nəfəri (19.56 faizi) ana dili fənni üzrə, 3910 nəfəri (22.66 faizi) riyaziyyat, 2143 nəfəri (12.61 faizi) xarici dil, 32 nəfəri (12.60 faizi) kimya fənni üzrə "4" qiymət alıb.

İmtahan verən XI sinif şagirdlərinin 1932 nəfəri (11.20 faizi) ana dili fənni üzrə, 1692 nəfəri (9.81 faizi) riyaziyyat, 1287 nəfəri (7.57 faizi) xarici dil fənni, 10 nəfəri (3.94 faizi) isə kimya fənni üzrə "5" qiymət alıb.

Xatırladaq ki, imtahanlar iyunun16-da Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti