...

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Cəmiyyət Materials 8 İyul 2015 16:11 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün «Azərbaycan dili» fənnindən keçirdiyi imtahanın nəticəsini açıqlayıb.
Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən keçirdiyi imtahanın nəticəsini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak etmiş 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb.

"Azərbaycan dili" fənnindən məqbul almayan rus bölməsinin abituriyentləri 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti