...

Marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq

Cəmiyyət Materials 9 İyul 2015 11:47 (UTC +04:00)
Qusarda Marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq.
Marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Qusarda Marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 16-23 avqust tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) birgə təşkilatçılığı ilə Qusarın Ləzə kəndində marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq.

Dünyanın ən yaşlı və nüfuzlu idman Federasiyası tərəfindən bu qərarın verilməsinə səbəb FAİREX-in son illər ərzində yerli, regional və dünya miqyaslı tədbirlərdə nümayiş etdirdiyi təşkilatçılıq və peşəkarlıq olub.

İdman qayayadırmanması ilə məşğul olan 50 nəfər yerli və xarici idmançı 1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının qurulması, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnməklə yanaşı, Azərbaycanın təbiət gözəllikləri, burada dağçılıq turizminin inkişafı və mövcud potensial ilə yerində əyani tanış olmaq imkanı qazanmış olacaqlar.

İnanırıq ki, AHEİNF-nin dağ idman növlərinə maraq göstərən gəncləri düşərgədə aktiv iştirak edərək dağçılığın inkişafına öz töhfələrini verəcəklər.

İştirakçılar Təşkilat Komitəsi tərəfindən seçim əsasında müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti