...

Bakıda güclü şimal küləyi əsəcək

Cəmiyyət Materials 10 İyul 2015 12:58 (UTC +04:00)
Paytaxtda havanın temperaturunun gecə 22-26, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Bakıda güclü şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Sabah Bakıda güclü şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi güclənəcək.

Paytaxtda havanın temperaturunun gecə 22-26, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 11-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti