...

İnternet mediasının problemləri müzakirə olunub

Cəmiyyət Materials 29 İyul 2015 15:35 (UTC +04:00)
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni media layihəsinin icrası çərçivəsində növbəti tədbirini Lənkəran şəhərində keçirib.
İnternet mediasının problemləri müzakirə olunub

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni media layihəsinin icrası çərçivəsində növbəti tədbirini Lənkəran şəhərində keçirib.

Birlikdən Trend-ə verildən məlumata görə, tədbirdə ölkənin aparıcı media təşkilatlarında çalışan jurnalistlər, eləcə də regionlarda fəaliyyət göstərən müxtəlif media qurumlarının təmsilçiləri iştirak edib.

"Mediada milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği" mövzusunda keçirilən müzakirə sessiyasında son vaxtlar internet mediasında rast gəlinən əsas problemlər qabardılıb və ölkənin daxili informasiya təhlükəsizliyinin qorunmasında jurnalistlərin rolu xüsusi ilə vurğulanıb.

Tədbirdə iştirak edən Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli internet mediasında milli təhlükəsizlik məsələləri və dövlət sirri təşkil edən mövzularda jurnalistlərin ehtiyatlı mövqe nümayiş etdirməsinin vacib olmasını vurğulayaraq fikrini bir sıra real misallarla izah edib. Tədbir zamanı jurnalistlər mövzuya dair fikir bildirərək geniş müzakirə açmış və bu sahədəki vəziyyətin daha da yaxşılaşdırılması üçün müxtəlif təkliflər səsləndiriblər.

Tədbirdən sonra Bakıdan gələn jurnalistlər üçün Lənkəran şəhərinin tarixi və mədəni məkanları, o cümlədən görməli yerlərinə tur təşkil edilib. Səfər çərçivəsində tədbir iştirakçıları region televiziyası olan "Cənub TV"nin mərkəzi binası, studiyaları və kollektivi ilə yaxından tanış olublar.

Jurnalistlər üçün keçirilən bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşədirlən "Yeni media təlimləri vasitəsi ilə milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliğinə dəstək" layihəsi çərçivəsində baş tutub. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB tərəfindən icra olunan layihə çərçivəsində artıq buna qədər ölkənin iki regionunda - Bərdə və Zaqatalada tədbirlər təşkil edilib. Həmin tədbirlərdə internet medianın verdiyi üstünlüklərdən istifadə edərək milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği istiqamətində maarifləndirmə işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti