...

Azərbaycan jurnalistləri "Coca-Cola" zavodunda olublar (FOTO)

Cəmiyyət Materials 5 Avqust 2015 17:54 (UTC +04:00)
“Azerbaijan Coca-Cola Bottlers” şirkəti Azərbaycan Milli Mətbuatının 140 və klassik “Coca-Cola” şüşə qabının 100 illiyi münasibətilə KİV nümayəndələri üçün sərinləşdirici içki istehsalı zavoduna info-tur təşkil edib.
Azərbaycan jurnalistləri "Coca-Cola" zavodunda olublar (FOTO)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

"Azerbaijan Coca-Cola Bottlers" şirkəti Azərbaycan Milli Mətbuatının 140 və klassik "Coca-Cola" şüşə qabının 100 illiyi münasibətilə KİV nümayəndələri üçün sərinləşdirici içki istehsalı zavoduna info-tur təşkil edib. İnfo-turda iştirak edən 20-dən çox jurnalist zavodun əsas iş prosesləri ilə yaxından tanış olub. "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin aparıcı mütəxəssisləri tərəfindən "Coca-Cola", "Fanta", "Sprite", "Bonaqua", "Cappy", "Fuse Tea" və "Burn" məhsullarının istehsalı, qablaşdırılması, suyun təmizlənməsi və s. haqda KİV nümayəndələrinə ətraflı məlumat verilib.

Jurnalistlər qarşısında çıxış edən "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel "Coca-Cola"nın Azərbaycandakı fəaliyyəti haqqında danışıb. O, qeyd edib ki, şirkət ölkədə 1994-cü ildən etibarən təmsil olunur, 1996-cı ildə isə "Coca-Cola"nın Azərbaycandakı zavodu fəaliyyətə başlayıb: "Bugünədək "Coca-Cola" şirkəti Azərbaycan iqtisadiyyatına 132 mln. dollar investisiya yatırıb. Hazırda "Coca-Cola"nın Azərbaycanın qazlı içkilər bazarındakı payı 60% təşkil edir ki, bu da tamamilə rekord göstərici olmaqla "Coca-Cola"nın Azərbaycandakı liderliyini bir daha sübut edir".

C. Becel, həmçinin vurğulayıb ki, hazırda "Coca-Cola"nın Azərbaycandakı sistem fəaliyyəti nəticəsində birbaşa və dolayısilə 2,7 min nəfər işlə təmin olunmuşdur. Məhz bu insanların əməyi nəticəsində illik 1 mlrd. şərti butulka (250 ml) həcmində məhsul istehsal olunur və 18,5 min satış nöqtəsi vasitəsilə satışa çıxarılır. Şirkət rəsmisinin sözlərinə görə, Azərbaycandakı zavodda istehsal olunan məhsullar Gürcüstan və Türkmənistana ixrac olunur.

Öz növbəsində zavodun direktoru Rəna Məmmədova qeyd edib ki, cari il ərzində zavodda sayca altıncı olan istehsal xətti istifadəyə verilib və bu məqsədlə 18 mln. ABŞ dolları həcmində investisiya yatırılıb: "Hazırda 2,5 litrlik plastik qablaşdırmada "Coca-Cola" məhsulları üçün nəzərdə tutulan yeni istehsal xətti sınaqdan keçirilir. Yeni xəttin istehsal gücü saatda 39,6 min butulka təşkil edir".

R.Məmmədovanın sözlərinə görə, hər zaman ekologiya tələblərini nəzərə alan şirkət bu istiqamətdə fəaliyyətini davam etdirir. Cari ilin sentyabr ayında "Coca-Cola"nın Azərbaycandakı zavodunda istehsaldan sonra texniki suların təmizlənməsi üçün yeni qurğunun istifadəyə verilməsi planlaşdırılır. Şirkətin ekoloji yeniliklərə yatıracağı investisiyanın həcmi 2 mln. dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, info-tur çərçivəsində Azərbaycan Milli Mətbuatının 140 və klassik "Coca-Cola" şüşə qabının 100 illiyi ilə əlaqədar olaraq jurnalistlərə xüsusi hazırlanmış və üzərində adları əks olunmuş şüşə butulkalar hədiyyə olunub.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti