...

"ASAN xidmət" 2 gün işləməyəcək

Cəmiyyət Materials 7 Avqust 2015 12:26 (UTC +04:00)
Sabah və 9 avqust tarixlərində 4 saylı Bakı “ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlərlə əlaqədar xidmət göstərməyəcək.
"ASAN xidmət" 2 gün işləməyəcək

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elmir Murad/

Sabah və 9 avqust tarixlərində 4 saylı Bakı "ASAN xidmət" mərkəzi görülən profilaktik tədbirlərlə əlaqədar xidmət göstərməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar qeyd olunan tarixlərdə hazır sənədlərlə bağlı əvvəlki qaydada mərkəzə müraciət edə biləcəklər. Sənəd qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür.

Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlər də fəaliyyətini davam etdirir.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti