...

Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə təbii qaz verilib

Cəmiyyət Materials 13 Avqust 2015 11:44 (UTC +04:00)
Avqustun 12-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə təbii qaz verilib.
Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Avqustun 12-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 113 abonenti olan Çöl-Ərəb kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12 378 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 113 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti