...

Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik sənayesində çalışmaq arzusunda olanların bazasını yaradıb

Cəmiyyət Materials 19 Avqust 2015 21:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Məlum olduğu kimi ölkədə xidmət sahəsi gündən günə inkişaf edir və kifayət qədər diversifikasiya olunur. Bununla yanaşı sənayenin qəbul etdiyi standartlara və qanunvericiliyə riayət etməklə, daha yüksək və keyfiyyətli xidmətlərin göstərilməsinə ehtiyyac artmaqdadır.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik sənayesində bazar münasibətlərini daimi təhlil edir, xdmət sahəsinin tələblərini və bazarda olan münasibətləri dərindən öyrənir. Bunların əsasında biznes tərəfindən daha kəskin şəkildə tələb olunan yeni üsulların, xidmətlərin və məhsulların işlənib hazırlanmasını realizə edir. Yeni həllər qonaqpərvərlik sənayesində olan bazar münasibətlərinin inkişafına, təkmilləşməsinə, göstərilən xidmətlərin keyfiyyətinin artmasına imkan yaradır, eyni zamanda bu bir sıra peşə suallarının həlli üçün səmərəli alətlər kimi istifadə edilə bilir.

Hamıya məlumdur ki, iri hotellər və qonaqpərvərlik sənayesinin bir sıra digər müəsissələri müxtəlif banketlərin, furşetlərin, ziyafətlərin, kokteyllərin, rəsmi qəbulların və digər oxşar tədbirlərin keçirilməsi üçün kifayət qədər imkanlara malikdırlər və bunlar müxtəlif beynəlxalq və yerli miqyaslı forumların, görüşlərin, iclasların və digər tədbirlərin tərkib hissəsini təşkil edirlər.

Adı gedən tədbirlərin keçirilməsində istifadə edilən personal, sənayedə qəbul olunmuş kimi, qismən cəlb edilmiş və müəsissənin ştatından kənar insan resursudur. Bu yeni üsul deyil və dünya miqyasında geniş istifadə edilir. Adətən sifarişçi, iri hotel qismində, məhz bü növ tədbirlərin keçirilməsi üçün xüsusi hazırlanmış personalı olan ixtisaslaşmış müəsissələrə müraciət edir. Aydınlıq gətirmək məqsədilə qeyd edək ki, masa xidmətçiləri, supervayzerlər, metrdotellər, hosteslər və bu kimi personal nəzərdə tutulur yəni hotellərin ictimai iaşə departamentlərinin əməkdaşları.

Assosiasiyanın mütəxəssisləri bu seqmenti tədqiq edərək aşkar etmişdirlər ki, ölkədə adı gedən xidmətləri keyfiyyətli səviyyədə təklif edən ixtisaslaşmış şirkətlər yox dərəcəsindədirlər. Cari vəziyyət isə onu göstərir ki, iri hotellər və digər müəissələr adı gedən əmək resursunu təmin etmək məqsədilə personalla təmin etmək cəhdləri göstərən bir neçə fiziki şəxsə müraciət edirlər. Lakin, bu şəxslər tərəfindən təklif edilən personal qəti peşə hazırlığı olmayan və sənaye üçün yad insanlardırlar. Bunlarla yanaşı əmək müqavilələri mövcud deyil, cəlb edilmiş personal obliqat qrupa daxil olduğuna baxmayaraq zəruri tibbi müayinə keçmir, sığortalanmır və s. Nəticədə əmək qanunvericiliyi pozulur, işçilərin hüquqları tapdalanır, vergidən və sosial ödənişlərdən yayınma halları ortaya çıxırlar. Bu kimi vəziyyətdə keyfiyyətli xidmətdən, nizamlı, etibarlı və peşəkar personaldan danışmaq ən azından ehtiramsızlıq hesab edilər. Nəticədə isə ilk növbədə müştəri və bilavasitə tədbiri keçirən müəsissə zərər çəkir.

Əslində bu suallarla artıq müvafiq dövlət qurumları məşqul olmalı idilər. Assosiasiya hotelçilik və restoran biznesının maraqlarını inkişaf etdirmək, onları təbliğ etmək və təkmilləşdirmək məqsədini daşıdıqdan əmələ gələn sualların həllində həmişə səmərəli yollar axtarır. Biznesə alternativ həllər təklif etmək, onu marifləndirmək daha yüksək nəticələr gətirir nəinki cərimələrin və sanksiyaların tətbiqi ilə yoxlayan strukturları onlarla üz üzə qoymaqdan.

Axı problemlərin digər həlli yolları da mövcuddurlar. Misal üçün, biznesı daha keyfiyyətli məhsulların və xidmətlərin yaradılmasında stimullaşdırmaq, bu və yaxud digər seqmentlərdə sağlam rəqabətin yaradılması və bununla istehlakçı üçün daha uyğun həllərin seçilməsinə imkan yaratmaq və s. Xüsusən əgər seçimdə məqbul həllə istinad etmək imkanı yaranırsa digərlərinə ehtiyyac qalmır.

Bu həllərdən biri Hotellər və Restoranlar Assosiasiyası tərəfindən hazırlanmış "Yes, İ Can / Banquetinq Service" sistemidir. Assosiasiya qonaqpərvərlik sənayesində çalışmaq arzusunda olanların bazasını yaradıb və onların sırasından peşəkar əməkdaşa çevrilmək üçün təlim keçməyə meylli olanları fərqləndirib. Bu mexanizm Assosiasiyanın tələblərindən biridir və eyni zamanda səmərəli üstünlükdür. Namizədlər tədris keçib, müvafiq qaydada testləri verib və sertifikat aldıqda işlə təmin olmaq imkanı əldə edirlər. Namizədlərin qismən məşqulluğunu nəzərə alsaq bu iş tələbələr üçün də əlverişli hesab edilir, xüsusən qonaqpərvərlik, turizm, sosial texnologiyalar, servis və bu kimi ixtisaslar üzrə tədris alan tələbələrə daha uyğundur. Qeyd etmək lazımdır ki, tələbələr müvafiq treninqlər və eyni zamanda tədrisdə vacid hesab edilən aktiv istehsalat praktikasını təcrübəli əməkdaşlarla yanaşı və onların qayqıkeş nəzarəti altında keçərək sənayeni daha dərindən öyrənməyə imkan əldə edirlər. Bütün namizədlər Assosiasiya tərəfindən hazırlanmış standartlar əsasında ciddi qaydada seçilirlər. İnsanın boyu və ümumi zahiri görünüşü, xarici dil biliyi və digər tələblər seçim qaydalarında əsas rol oynayırlar. Bununla yanaşı insanın psixotipi müəyyən edilir və onun xidmət sahəsində çalışan şəxslərin davranış və rəftar qaydalarına uyğunluğu qiymətləndirilir. Namizədlərin seçimi təbii ki onların tibbi müayinə keçməsindən və tibbi müayinə kartlarının rəsmiləşdirilməsindən başlayır. Hamıya məlumdur ki, içimai iaşə sektorunda obliqat qrupa daxil olan əməkdaşlar müntəzəm olaraq tibbi müayinə keçməlidirlər. Bunlarla yanaşı seçilmiş namizədlər siğorta polisi əldə edirlər, əmək müqaviləsi bağlayırlar və dövlət sosial sığorta kartları ilə təmin edilirlər.

Beləliklə, göstərilən xidmətlərin səviyyəsini qaldırmaq və sənayedə sivil bazar münasibətlərinin təkmilləşməsi məqsədilə, Assosiasiya dünya təcrübəsunə əsaslanaraq, qonaqpərvərlik sənayesində bərqərar olmuş bütün standartları nəzərə alaraq və ölkənin əmək qanunvericiliyinin tələblərinə cavab verən, iri hotellər, konqres mərkəzəri, turizm-istirahət bazaları və digər turizm infrastrukturunun obyektləri üçün hazırda unikal hesab edilən həll hazırlamışdır. Hazırki təklif ilk növbədə iri hotellərin rəhbərliklərinə və sənayenin digər iri iştirakçılarına individual olaraq təqdim ediləcəkdir.

Fürsətdən istifadə edərək Hotellər və Restoranlar Assosiasiyası "Yes, I Can / Banquetinq Service" proqramının hazırlanmasında iştirak edən bütün mütəxəssislərə dərin təşəkkürünü bildirir. Eyni zamanda tədbirlərin keçirilməsi üçün xidmət personalını cəlb edən bütün müəsissələrin rəhbərlərinə kənar operator müəsissələrin seçilməsində daha da məsuliyyətli olmalarını xahiş edir, təklif edilən personalın səviyyəsinin qiymətləndirilməsində və yuxarıda qeyd olunan qonaqpərvərlik sənayesinin standartlarına və qanunvericiliyə uyğunluğa diqqətli yanaşmalarını tövsiyyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti