...

Qusarda yaradılan yeni polis bölməsi təzə binada fəaliyyət göstərəcək

Cəmiyyət Materials 21 Avqust 2015 17:38 (UTC +04:00)
Qusar rayonunun 4 kəndini əhatə edən yeni polis bölməsinin inzibati binasının açılışı olub.
Qusarda yaradılan yeni polis bölməsi təzə binada fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlkin İzzət/

Qusar rayonunun 4 kəndini əhatə edən yeni polis bölməsinin inzibati binasının açılışı olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə, rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb.

Avqustun 21-də həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti