Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Hüqyn Vəliyev, İlkin İzzət/
Azərbaycanın "Millikart" Prosessinq Mərkəzi yol hərəkəti qaydalarının pozulmasına görə, edilən cərimələrin mobil CİB əlavəsi vasitəsilə ödənilməsi xidmətini istifadəyə verib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, cərimənin ödənilməsini "Dövlət ödəmələri" bölməsində həyata keçirmək olar.
Android və iOS əməliyyat sistemləri ilə idarə edilən cihazlarda tam funksional olan distributivi App Store və Play Market elektron mağazalarından yükləmək mümkündür.
CIB yüksək təhlükəsizliyə malikdir və bu onu maliyyə əməliyyatlarının həyata keçirilməsi zamanı səmərəli edir. Bu distributiv həmçinin pul köçürmələrini həyata keçirməyə, müxtəlif xidmətlərə görə ödəmələr etməyə, müxtəlif cihazlardan bank hesabını idarə etməyə, kartın balansını yoxlamağa, edilən əməliyyatlar üzrə çıxarışlar almağa, yeni kartı aktivləşdirməyə, kartı ləğv etməyə və s. imkan verir.