...

5 uşaqlı anaların 9 minə yaxın övladına sosial müavinət ödənilir

Cəmiyyət Materials 24 Avqust 2015 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 8800 nəfərdən çox övladına aylıq sosial müavinət ödənilir. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.

Azərbaycan Prezidentinin "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında" 27 dekabr 2013-cü il tarixli Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayır.

Fərmana əsasən, ötən ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3077 nəfər qadının 18 yaşına çatmamış 8810 nəfər uşağına həmin aylıq sosial müavinət ödənilir.

Bununla yanaşı, 3 və daha çox uşaq doğub 8 yaşınadək, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda onlara aylıq sosial müavinət təyin olunur. Ölkəmizdə 7612 nəfər qadın bu növ sosial müavinətlə təmin edilir.

Ümumilikdə, cari ilin 01 iyul tarixinə ƏƏSMN tərəfindən aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların sayı 402075 nəfər təşkil edib ki, onlardan 85,7 faizi aylıq sosial müavinət alanlar olub. Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə ƏƏSMN tərəfindən sosial müavinət və təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti