...

MSK yeni layihəyə start verib

Cəmiyyət Materials 28 Avqust 2015 10:51 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası 2015-ci ildə Milli Məclisə keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı yeni layihəyə start verib.
MSK yeni layihəyə start verib

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyası 2015-ci ildə Milli Məclisə keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı yeni layihəyə start verib.

MSK-dan Trend-ə verilən məlumata görə, Komissiyanın maarifləndirmə proqramı çərçivəsində növbəti layihə dairə seçki komissiyalarının kompüter mütəxəssislərini əhatə edir.

Belə ki, Milli Məclisə seçkilərə hazırlıq məqsədilə 2015-ci il avqustun 28-də dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminara başlanılıb. Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətməkdir.

Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti