...

"Baku Fashion Night" moda nümayişi tədbiri keçiriləcək

Cəmiyyət Materials 10 Sentyabr 2015 16:24 (UTC +04:00)
10 sentyabr tarixində "Excelsior Hotel Baku" hotelində "FMS Models" məktəbinin təşkilatçılığı, "Excelsior Hotel & Spa Baku" hotelinin təşkilatı dəstəyi və "ID FASHION CHANEL" telekekanalı tərəfindən 16, 17 və 18 oktyabr tarixlərində keçiriləcək "Baku Fashion Night" tədbirinə həsr edilmiş mətbuat konfransı keçirildi.
"Baku Fashion Night" moda nümayişi tədbiri keçiriləcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

10 sentyabr tarixində "Excelsior Hotel Baku" hotelində "FMS Models" məktəbinin təşkilatçılığı, "Excelsior Hotel & Spa Baku" hotelinin təşkilatı dəstəyi və "ID FASHION CHANEL" telekekanalı tərəfindən 16, 17 və 18 oktyabr tarixlərində keçiriləcək "Baku Fashion Night" tədbirinə həsr edilmiş mətbuat konfransı keçirildi. Mətbuat konfransında "Excelsior Hotel Baku" hotelinin baş meneceri Turhan Poyraz, "FMS Models" məktəbinin rəhbəri Lyubov Quturova və başqaları iştirak etdilər.

Mətbuat konfransında çıxış edən "FMS Models" məktəbinin rəhbəri L.Quturova bildirdi ki, "Baku Fashion Night" tədbiri Yaz-Yay və Payız-Qış olaraq ildə iki dəfə keçirilən bir moda nümayişidir. "Excelsior Hotel & SPA" hovuz ətrafında Payız-Qış kolleksiyalarının birinci dəfə nümayişi 2014-cü ilin sentyabr ayında, ikincisi isə 2015-ci ilin mart ayinda Yaz-Yay kolleksiyalarının nümayişi ilə həyata keçirilib. "Baku Fashion Night" tədbirlərinin yerli və xarici dizaynerləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. "Baku Fashion Night" üçüncü tədbiri 16, 17 və 18 oktyabr tarixbrində Payız-Qış kolleksiyalarının nümayişi ilə keçiriləcək. Нər il olduğu kimi, bu il də dünyaca məşhur dizaynerlər kolleksiyalarını nümayiş edəcəklər.

Milanın, Parisin və Barselonanın moda həftələrinin iştirakçısı, ispan dizayner Jordi Dolmau Novia builki tədbirdə kolleksiyasını bakılı tamaşaçılara nümayiş edəcək dizaynerlərdən bir olacaq. "Baku Fashion Night" tədbirinin keçirilməsində məqsəd moda nümayişinə həqiqətən böyük marağı olan auditoriyanı yerli və xarici moda dizaynerlərinin kolleksiyaları ilə tanış etməkdir.

2005-ci ildə yaradılan "FMS models" ( www.fms.az ) Azərbaycanın aparıcı model agentliyi model biznesinin bütün aspektləri üzrə fəaliyyət göstərir. "FMS Models" həmişə moda və reklam sahəsində dizaynerlər, fotoqraflar və tədbir təşkilatçıları tərəfindən həm Azərbaycanda, həm də digər ölkələrdən yüksək tələb görməkdədir. Agentliyin indiki hədəfi bütün dünyada tanınmış model agentlikləri ilə əməkdaşlıq etməkdir.

Tədbirə təşkilati dəstək verən "Excelsior Hotel & Spa Baku" eyni zamanda tədbirin yer, səs və işıq sistemlərinin sponsorudur. "ID FASHION" kanalı dünyada ən son moda və həyat tərzi üzrə son tendensiyaları təbliğ edən dünya səviyyəli kanaldır. "ID FASHION" kanalının komandası dünyanın ən məhşur brendləri ilə Chanel, Louis Vuitton, Roberto Cavalli, Philipp Plein, Dsquared2, Diesel, Dirk Bikkembergs, Ulyana Sergeenko, Serkan Cur və s. əməkdaşlıq edir. "ID FASHION" telekanalı "Baku Fashion Nights" layihəsinin üçüncü fəsildir ki, əvəz olunmaz tərəfdaşıdır. "ID FASHION" sizə parlaq və yüksək keyfiyyətli bir moda nümayişini izləməyə imkan verir.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az saytlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti