Gəncədəki pravoslav kilsəsinin yaradılmasından 128 il ötür

Cəmiyyət Xəbər 12 Sentyabr 2015 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Gəncədəki pravoslav kilsəsinin yaradılmasından 128 il ötür.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Gəncədə Aleksandr Nevski pravoslav kilsəsinin 128 illiyi qeyd olunub. 1887-ci ildə yerli pravoslavların və müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılan məbədin binası kərpicdən Bizans memarlıq üslubunda tikilib. Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə stasuna malik olub. XX əsrin 20-ci illərində Sovet hakimiyyəti tərəfindən bağlanaraq başqa məqsədlər üçün istifadə olunan ibadətgah 1946-cı ildən Rus Pravoslav kilsəsinə qaytarılıb.

Kilsənin qədim interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir.

Bakı Xəzəryanı Yeparxiyasının arxiyepiskopu Aleksadr İşein deyib: "Bu gün yanında dayandığımız pravoslav kilsəsində Aleksandr Nevskinin xatirəsi yad edilir. Mən də pravoslavam və bu gün bütün pravoslavlar üçün çox əlamətdar bir gündür. Hökmdar Aleksandr Nevski Rusiya ilə şərq siyasətini əlaqələndirib. O deyirdi ki, Qərbdə müdafiəni möhkəm saxlamaq lazımdır, dostları isə şərqdə axtarmaq gərəkdir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti