...

Azərbaycanda Bilik Günü qeyd olunur

Cəmiyyət Materials 15 Sentyabr 2015 07:00 (UTC +04:00)
Bu gün Azərbaycanda Bilik Günüdür.
Azərbaycanda Bilik Günü qeyd olunur

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycanda Bilik Günüdür.

Trend-in məlumatına görə, 2015-2016-cı tədris ilində Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfində 150 mindən çox şagird təhsil almağa başlayacaq. Ümumilikdə bu tədris ilində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.

Bu dərs ilində tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə 50 məktəbdə pilot layihə tətbiq olunmağa başlayıb. Yeni tədris ilində 3472 şagird təmayüllü siniflərdə təhsil alacaq. Bu şagirdlər üçün 55 ümumtəhsil məktəbində 156 təmayüllü sinif yaradılıb.

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək işə qəbul olunan təqribən 2000 şəxs orta məktəblərdə müəllim kimi fəaliyyətə başlayacaq.

Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bununla yanaşı, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti