...

Goranboyda sünnət aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2015 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Goranboyda Qurban bayramı münasibətilə sünnət aksiyası keçirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasında aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələrindən olan 30 uşaq cəlb olunub.

Goranboy Mərkəzi Rayon Xəstəxanasının 5 cərrah-həkimi tərəfindən edilən əməliyyatların hamısı uğurlu keçib. Sünnət olunan uşaqlara müxtəlif hədiyyələr verilib.

Xəstəxananın baş həkimi Rüstəm Budaqov deyib: "Qurban bayramı çox gözəl bayramdır. Bu bayramda hamı aztəminatlı ailələrə yardım edir. Bizim rayonda artıq 6 ildir ki, bu bayramda belə aksiyalar keçirilir".

Qeyd edək ki, bayram günlərində rayon ərazisində belə aksiyalar mütəmadi olaraq keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti