...

İşləyən əlillərə ödənilən pensiyalar artırılacaq

Cəmiyyət Materials 30 Sentyabr 2015 11:13 (UTC +04:00)
İşləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi islahat tədbirləri çərçivəsində nəzərdən keçirilir.
İşləyən əlillərə ödənilən pensiyalar artırılacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Elmir Murad/

İşləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi islahat tədbirləri çərçivəsində nəzərdən keçirilir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsinin ödənildiyini diqqətə çatdırıb.

Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti