Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
"Excelsior Hotel & Spa Baku" oteli personal sahəsində öz siyasətini və strategiyasını reallaşdıraraq, yeni daxili təhsil proqramı tətbiq edib.
"Ata Holding" ASC-dən Trend-ə verilən məlumata görə, bunun sayəsində 2015-ci tədris ili ərzində Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri və müxtəlif peşə liseylərinin şagirdləri "Excelsior Hotel & Spa Baku" otelində geniş təcrübə keçə biliblər. Bu proqram adi tələbə təcrübəsindən daha genişdir, həmçinin, gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə də kömək edir.
Otelin təcrübəli əməkdaşlarının rəhbərliyi ilə tələbələr aşağıdakı istiqamətlər üzrə biliklərə yiyələniblər: "qonaqlara xidmət departamenti", "mətbəx departamenti", "qida və içkilər departamenti". Tələbələr marketinq və satış, insan resursları departamentlərinin təcrübə proqramlarını öyrənmişlər. Peşə liseylərinin şagirdləri aşpaz-qənnadçı və ofisiant ixtisasları üzrə təcrübə də keçmişlər. Tələbələr həmçinin, təcrübə zamanı bir ayrı departamentlərin işi ilə də tanış olublar.
Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" oteli 2015-ci ilin mart ayında Azərbaycan Turizm və Menecment Universiteti ilə müqavilə imzalamışdır.Təcrübə proqramını müvəffəqiyyətlə keçən tələbələr "Excelsior Hotel & Spa Baku" otelinin sertifikatını əldə ediblər.
"Bu layihənin həm tələbələr, həm də otel üçün müsbət nəticələrini müşahidə edərək çalışacağıq ki, müxtəlif təhsil müəssisələrindən daha çox tələbə təcrübə keçmək üçün məhz bizim oteli seçsin. Burada ikitərəfli fayda vardır, tələbələr bizim sertifikatla təsdiq edilmiş praktiki təcrübə əldə edir, biz isə gələcəyə mümkün namizədlər haqqında məlumat bazası alırıq ki, özümüz üçün əməkdaşları məhz onların sırasından seçə bilək", - deyə otelin baş meneceri Turhan Poyraz qeyd etmişdir. Bu gün "Excelsior Otel Baku" - yüzlərlə insan üçün peşə inkişafının, vəzifə artımının və özünü reallaşdırması imkanıdır.
"Excelsior Hotel & Spa Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi vardır.