...

Əlini mişarla kəsən şəxsin əli yenidən bərpa edildi

Cəmiyyət Materials 7 Oktyabr 2015 13:46 (UTC +04:00)
Əlini motorlu mişarla kəsən şəxsin əli yenidən bərpa edilib.
Əlini mişarla kəsən şəxsin əli yenidən bərpa edildi

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Əlini motorlu mişarla kəsən şəxsin əli yenidən bərpa edilib.

Mərkəzi Klinika Xəstəxanadan Trend-ə verilən məlumata görə, evdə dəmir kəsərkən ehtiyatsızlıq nəticəsində dəmirkəsən motorlu mişarla (laqonda) sağ əlini kəsən xəstə ilk olaraq 3 saylı şəhər xəstəxanasına aparılıb. İlk yardım olunuduqdan sonra xəstə Mərkəzi Klinikaya xəstə yaxınları tərəfindən gətirilmişdir.

Amputant Kişner telləri vasitəsilə fiksasiya olunduqdan sonra doktor Kamran Musayev başda olmaqla kardiocərrahi həkim heyəti tərəfindən əlin volar səthində arterial qövsdən hər barmağa gedən arteriyalar (5 ədəd) ayrı ayrılıqda tikilib. Daha sonra əlin dorsal səthində 4 ədəd vena tikilərək əlin qan dövranı bərpa edildi: "Damarlar bərpa olunduqdan sonra barmaqların qan dolaşımı yoxlanıldı və qənaətbəxş olduğu görüldü. Sonra öncə əlin bayır səthində uzun və qısa ekstensor vətərlərin distal və proksimal ucları tapılaraq uc uca tikildi. Daha sonra əlin iç səthində səthi və dərin fleksor vətərlərin distal və proksimal ucları tapılaraq hər biri müvafiq olaraq uc - uca tikildi və beləliklə həm bükücü , həm də açıcı vətərlərin tamlığı bərpa olundu. Sonra median sinir, ardınca əzələlər tikildi. Barmaqların təkrari kompartman olmaması üçün barmaqlarda boylama kəsiklər aparıldı. Daha sonra dərialtı və dəri seyrək tikişlərlə tikildi, aseptik sarğı qoyulduqdan sonra sağ ələ langet tipli gips sarğısı tətbiq edildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti